Thursday, February 3, 2011

Rep Haqqinda Hip-Hop

Hip-Hop'la REP arasındakı fərq: Hip-Hop, 1970' illərin sonunda Amerikada ghetto'lardan çıxan zəncilərin yaratdıqları bir mədəniyyətdir. Bu mədəniyyət REP musiqisini, Graffity sənətini, Break Dance və DJ'yi cəmləşdirir. Yəni ən geniş anlamla Hip-Hop'u bir ağaca bənzətsək, REP, GRAFFITY, BREAK DANCE və DJ'liyi bu ağacın budağı kimi görərik. Hip-Hop bir musiqi tərzi deyil, bir mədəniyyətdir, həyat seçimidir, yaşam tərzidir. Hip-Hop mədəniyyətinə aid edilən əsas 4 sənət HIP-HOP mədəniyyətini bir bütün hala gətirir. Günümüzdə çoxlu insan tərəfindən REP'lə HIP-HOP'un dəyişik salındığı qaçınılmazdır. Bir daha ağır zərbə ilə vurğulanmaqda yarar var 'HIP-HOP bir musiqi tərzi deyil, HIP-HOP, REP'in stili deyil, HIP-HOP adları çəkiləndə də bir çox sənəti özündə cəm edən MƏDƏNİYYƏTDİR' bunlara nümunə FLOW'u (geyim tərzi, yeriş, davranış, söz axını, flow tərcümədə 'tökülən', 'axan' deməkdir), X-STREAM'i və bir çox adlar çəkmək olar.

REP: 1970-ci illərin sonunda cücərən HIP-HOP ağacından günümüzə qədər böyüyən bir sənətdir. REP haqqında yazılası çox söz var, amma baş ağrısı olmaması üçün əsasları yazacam. O illərdə DJ'lərin tutduqları ritm altında bir şeyi anons edərək yayılan sənətdir. Beləliklə REP, 2 eraya bölünür: OLD Shcool və New School. 1970-ci ildən 1987-ci ilə (N.W.A yarandığı il) qədər olan REP Old Shcool'a aid edilir. 87-ci ildən bu günümüzə qədər gələn vaxt axını isə New School Rep'dir. 87-ci ildə N.W.A yaranması ilə new shcool rep'in ilk soundu westcoast sound yaranır. Old school rep'lə New School rep arasında çox böyük fərq var. Bir sözlə O.S.R'də olan soundlar oynaq, şən temaları əks etdirən rep erasıdır. (Mc Hummer, Ice Mc, Vanilla Ice nümunə adlar kimi çəkmək olar) N.S.R isə daha ağır, daha düşündürücü və hər yönüylə O.S.R-dən fərqlənən bir eradır ( Ice Cube, DrDRE, Eazy-E, McREN, 2Pac, Snoop Dogg və bunlar kimi çooooox ad çəkmək olar).

Hip-hop'un kökləri: 1970 illərin başlarında New York gettolarında 'BlackSpades' adlı bir banda. Bütün şəhər dəyişik bandalar tərəfindən ələ keçirilmiş halda. İşsizlik, narkotik maddələr və anarxiya həyatda hakim. Şəhərin hər səmti haradasa böyük bir bandaların kontrolu altında. 'BlackSpades'in hər tərəfdə üzvləri var və Bronx'un hakimi onlar. Qrupun o vaxtlar indi hər kəsin tanıdığı 'Afrika Bambaata'. Banda üzvləri bir səmtdən digər səmtə çətin gedir və bir-birlərinə vururlar. Bambaata, iki yaxın dostunun ölümündən sonra 1974-cü ildə şiddətə qarşı 'Zulu Nation' orqanizasiyasını təşkil edir. Televizorda gördüyü afrikalı Zulu savaşçıların təsirləndiyi üçün, yeni orqanizasiyanın adını 'Zulu Nation' qoyur. Öz səmtində və digər səmtdəki bandaları barışdırmaq naminə Zulu Nation'çular hər həftə sonu 'BlockParty' (açıq hava yığıncaqları) hazırlamağa başlayır.'Master of Records' ləqəbli Bambaata və dostu 'Dj Jazzy Jay' o vaxtlar hər yerdə funk və soul mahnıları səsləndirilirdi. Çünki, Rap hələ ortalıqda yox idi (Küçələrdə siyasi sözləri ilə spoken word performansı göstərən Lazt Poets xaricində). Eyni vaxt gettolarda Yamayka əsilli olan 'Dj Kool Herc' milləti dalbadal sərt soul/funk mixləri ilə coşdururdu. Oynayanları ən çox coşduran Davul ritmləri (break beats) arxa-arxaya çalınırdı. Bunların üstünə anons və sonralar rep deyən dj'lər bir müddət ərzində yalnız bu musiqiləri çalırdılar. Ən çox istənilən breakbeatz'lər James Brown (Funky Drummer, Blow Your Mind, Get up Get Into It Get Involved), Bob James (Nautilus, Mardi Gras), Sly Stone (Sing a simple song, Stand), Honeydrippers (Impeach the President), Headhunters (God made me funky), Incredible Bongo Beat Band (Apache), Ralph Mc Donald (Jam on the Groove), Hermann Kelly (Dance to the Drummers Beat), Billy Squier (Big Beat), Jimmy Castor (It's just begun), Parliament (Flashlight), Herbie Hencock (Watermelon Man), Funkadelic (One nation under a groove) bunlar kimi adlar aiddir. Bu breakləri götürərək üstünə rep düzəldən gənclər gedərək özlərinə məxsus musiqi buraxılışlarının kontrolu altında olmayan bir musiqi tipi yaratdılar. Musiqi studiyalarına getmədən yalnız iki pikap ilə kasetə yazılan rep'lərini özləri camaata paylayırdılar. Disco & Top Ten musiqisi 1970-ci illərdə gerçəkləri heç də bildirmirdi. Gettolarda yaşayan gənclər öz aralarında çıxıb bu musiqini düzəldən Dj'lərin nə demək istədiklərini lap yaxşı başa düşürdülər. 1970-ci illərin sonuna tərəf gedərək 'Afrika Bambaata'ın yanında Hip-hop'un yaranmasında rolu olan sadəcə dj'lər deyildilər. Bir çox Qraffity və BreakDance sənətçiləri də var idi. O vaxtın və hələ də çoxunun aktiv olduğu 'Oldshcool Rap','Qraffity' və 'BreakDance' sənətçiləri bunlardır: Dj Kool Herc, Blade, Grand Wizard Theodore, Futura 2000, Rock Steady Crew, Cold Crush Brothers, Grandmaster Flash & the Furious Five, Seen, Grandmixer DST, Dondi, Quik, Lee, Treacherous Three, Dj Hollywood, Fab 5 Freddy, Kurtis Blow, Lady Pink, Busy Bee, Double Trouble, Kool Dj Red Alert & Soulsonic Force. O vaxtdan bu vaxta kimi şiddət və narkotikaya qarşı olan 'Zulu Nation'un fəlsəfəsi hələ də öz təsirini göstərməkdədir. Bu zaman bölümü daha çox demək olar ki, 'Old SHCOOL'a aid etmək olar.

Azərbaycanda Rep'in Doğuşu: 1970-ci illərdə Amerikada Hip-Hop'un doğuşu ilə birlikdə gələn küləklər bütün çətinliklərə baxmayaraq yayılmağa başlayırdı. Rep, ağ kütlələr tərəfindən çox da yaxşı qarşılanmırdı və bir çox tənqidlərə məruz qalırdı. Bütün musiqi mütəxəssisləri rep yolunu çox da gedə bilməyəcəyini deyirdilər. Onlara görə rep mədəniyyəti zəncilərin öz içlərində böyüyəcək və öz içlərində də yox olub gedəcəkdir. Lakin rep, ağ musiqi olan "rock"u kölgədə buraxmağı bacarmışdı və gedərək Avropada yayılmağa başlayırdı. Fransada, Almaniyada və sair Avropa ölkələrində öz kütlələrini qısa bir zamanda yığmağı bacarmışdı. Rep artıq sadəcə zənci musiqisi yox, dünya musiqisinə addım atacaq yeganə janr idi. Azərbaycanda rep küləkləri 1990-cı illərdə əsməyə başlamışdı. SSSR əsarətindən yenicə çıxmış bir ölkə üçün yep-yeni bir janr halına gələn rep, çox da təntənə ilə qarşılanmadı. 70 il rus əsarətində qalan Azərbaycan müstəqilliyini yenicə əldə etmişdi və o vaxta qədər tv'lər və radio'lar ruslarla bağlı yayınlar edirdilər. Nəhayət 90-cı illərdə Azərbaycanda "milli Qəhrəman" kimi tanınan Çingiz Mustafayev Azərbaycana repi tanıdır. Bir çoxlarına görə Ç. Mustafayev reper kimi bilinməsinə baxmayaraq, Ç. Mustafayevə reper adı yox, bir ilki gerçəkləşdirən, repi tanıdan, repi kütləyə təqdim edən şəxs kimi tanımlasaq yanılmarıq. Nəticədə Azərbaycanda ilk "Disco Club"un açılmasında çox böyük rolu olmuş və ilk diskoteka Ç. Mustafayev sayəsində açılmışdır. O vaxtlar Bakı küçələrində səslənən zənci musiqi örnəklərindən Dr.Alban, Snap, C-Block və s. səslənirdi. Beləliklə Ç. Mustafayev ilk dəfə zənci musiqini Azərbaycana gətirən şəxs kimi Azərbaycan rep tarixinə adını yazdı. Rep'in gəlişinə qədər Azərbaycanda qədim janr "meyxana" var idi ki, bu da aşağı səviyyəli janr olduğu üçün efirlərdə yayınlanmırdı. Meyxananın Rep'ə yaxınlığı: Meyxana da eyni repdə olduğu kimi qafiyə şəkilində deyilirdi. Bakıda daha çox yayqın hala gəlmiş meyxana mədəniyyəti, küçələrdə cavanlar tərəfindən deyirlidi. Küçə sənəti qəbul olunan meyxana "elit" təbəqələr tərəfindən alqışlanmırdı. Necə ki, REP'də "freestyle" anlayışı olduğu kimi, meyxanada da "deyişmə" anlayışıi mövcud idi. Beləliklə Azərbaycanda rep'i ilk icra edən Anar Nağılbaz olur və tarixə keçir. O zamanlar Azərbaycanın dövlət kanalı AzTV 1'də yayımlanan "7'dən 70'ə" adlı uşaqlar arası musiqi yarışması keçirilirdi. Və uşaqlar orada öz istedadlarını göstərməyə çalışırdı. Bunların içində fərqlənən bir janr var idi ki, bunun soundları, tərzi o birilərinə heç bənzəmirdi. Bu Azərbaycanda ilk rep sound'u olaraq bilinən A. Nağılbaz'ın "Kasıbların Mahnı"sı parçası idi. "Ət baha, yağ baha, un baha" kimi sözlərdən ibarət bu parça kimləri tərəfindən gülüşlə, kimləri tərəfindən isə düşüncə ilə qarşılandı. Artıq rep'in ilk havaları yayılmağa başlayırdı. Artıq rep'in Azərbaycanda müəyyən kütləsi var idi. Cavanlar bu musiqilərə maraq göstərir və maşınlarda azəricə rep'lər eşidilirdi. Yenə də elit təbəqlər tərəfindən qebul edilməyən rep, küçə sənəti deyilərək rədd edildi. Və nəhayət Nağılbaz 1993-cü ildə Azərbaycanın və özünün ilk rep albomunu musiqi bazarına çıxarır. Və gözləniləndən daha çox satış əldə edir. Artıq Azərbaycanda rep, inkişaf etməyə başlayırdı və bu işə maraq göstərən bir çox gənc var idi. Bu işdə özlərini isbatlamaq istəyən gənclərin sayı hər gün daha da artırdı. Bununlada ANS TV'də keçirilən "Vətənpərvər musiqi" yarışmasında qalib gələn DƏYİRMAN adlı bir qrup ortaya çıxır. 4 nəfərdən ibarət Dəyirman qrupunun çıxış etdiyi ilk parça isə "Azərbaycan" adlanırdı. Milli musiqi ilə sintezlənmiş bu parça Dəyirmanın yerini bu bazarda möhkəmləndirirdi. Onun ardınca sözləri türk söz ustadı Ozan Arif'ə aid olan "Ya Qarabağ Ya Ölüm" adlı şeiri rep'ləşdirərək kütləyə təqdim edir və bu parça bomba kimi partlayış əldə edir və Dəyirman demək olar ki, hər kəs tərəfindən tanınır. Onun ardınca Elşad Xose "Həyat Dəyişilməzdir" adlı albomunu çıxarır. Bu janra maraq göstərənlərin sayı hər keçən gün artmağa başlayır. 2000-ci ildə A. Nağılbaz, yeni bir proyetklə ortaya çıxır. "Azeri Image Service" adlanan bu proyekt, bir çoxlarına vaz keçilməz fürsət olur. Nağılbazın başçılığı altında gerçəkləşdirilən bu lahiyədə bir çoxları adlarını bu kütləyə çatdırmağa çalışır. Bunlardan Mc Rain, New Life, Qara Mehdi və başqaları istedadlarını göstərirlər. Nəticədə Azərbaycanda ilk "qadın MC" olaraq tarixə keçən McRain, məhz "Azeri Image Service" lahiyəsindən çıxər və ilk qadın Mc ünvanını qazanır. Gördüyü işlərlə rep'in sadəcə oğlanlar üüçn yaranmadığını isbatlayır. Dirəyi çox da güclü olmayan "A.I.M" proyektindən çıxanlar bir çox rep party'lər təşkil edirlər. Və bu proyekt sona çatır. 2000-ci illərdə REPressia CLAN adlı bir rep birlik yaranır və heç bir proyekt'də yer almayan MC'ləri (Albay Sheriff, Miry-Z, Islam Shirvany, Söz Quldurları) özündə cəm edir. Azərbaycan rep kütləsinə "underground" anlayışını aşılayan ilkinlərdən biri kimi tarix olur. Mətnlərində söyüş, siyasi təndiq kimi ağır tənqidlər yer alırdı REPressia CLAN soundlarında. Azərbaycan gəncliyini gözünü açmaq həvəsi güdən bu parçalar efirlərdən uzaqlaşdırıldı. Yeraltı tipli party'lərlə rep kütlesine açılırdı. REPressia CLAN'a görə söz məhdudiyəti kimi dəyərləndirilirdi özlərinə edilən bütün bunlar. Azərbaycan rep'i bir daha bir çox birliklərlə bu bazara açılır; East Pride Clan, Caspian Clan və s. Daha sonralar East Pride Clan'la REPressia CLAN birlikdə bir çox proyektlərə imza ataraq bir çox yeraltı party'lər təşkil edir. East Pride Clan'la REPressia'nın dostluğu rep kütlə üçün bir çox dəyərli şeylər edir. Və yeraltı kütlələr tərəfindən dəstəklənirdi.
2004-cü ildə Azərbaycanın bir Tv Kanalında "Mən Də Varam" adlı rep müsabiqəsi keçirilir və istedadlar ortaya çıxmağa başlayırdı. Bunların içindən çıxanların arasından Azərbaycan Rep'i üçün böyük şeylər edəcəklər arasında Uran da yer alır. Və qısa bir zamanda hər kəsin dinlədiyi MC olaraq yadda qalır. Müsabiqənin bitməsi ilə bir klip çıxarır. Hələ müsabiqənin bitməsinə bir həftə qalmış öz albomunu çıxarır "Hörmətlə Uran" adlanan bu albom kütlə tərəfindən bəyənilir. Caspian Clan'a aid olan MC, Uran özünü bu işdə isbatlamış olur.
Azərbaycanda rep artıq yayılır və bu işə maraq göstərənlərin sayı artır. Tv'lərdə azəri rep kliplər yayımlanır, radiolarda rep verilişlər açılır və səsləndirilir.

No comments:

Post a Comment